Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda iyun ayında 765 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Naxçıvanda iyun ayında 765 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

Bu ilin iyun ayında Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti 765 daşınmaz əmlak obyekti üzərində hüquqları dövlət qeydiyyatına alıb, 534 texniki sənəd hazırlayıb.

Birinci 24 xəbər verir ki, ötən ay muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranmış 37 daşınmaz əmlaka ünvan verilib, məhdudiyyət və yüklülüyə dair 242 arayış vətəndaşlara təqdim edilib, elektron informasiya sistemi vasitəsilə 677 əmlaka dair məhdudiyyət və yüklülük haqqında məlumat notariat ofislərinə göndərilib.

Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslərdən daxil olmuş 119 müraciət qəbul edilb, icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Həmçinin, “ASAN xidmət” Mərkəzində müvafiq xidmət növləri üzrə ümumilikdə 405 vətəndaş müraciəti qəbul edilib.

Ötən ay ərzində kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 870 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 3 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.

admin

Related Posts