Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Qardaş qardaşın başını kəsib – Xaçmazda dəhşətli cinayət

Qardaş qardaşın başını kəsib – Xaçmazda dəhşətli cinayət

Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.

Yerli sakinlərin verdiyi məlumata görə, Bakı şəhər sakinləri – 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu rayonun Yalama qəsəbəsi, Meşəli kəndinə babasına məxsus mülkün ona aid olduğunu bildirib.

Birinci 24 Report-a istinadla xəbər verir ki, daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

Editor

Related Posts