Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda pulmonoloq və allerqoloqların iştirakı ilə konfrans keçirilir

Naxçıvanda pulmonoloq və allerqoloqların iştirakı ilə konfrans keçirilir

Birinci 24 xəbər verir ki, Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş pulmonoloq və allerqoloqların iştirakı ilə “Naxçıvan Muxtar Respublikası Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin rolu və speleoterapiya” adlı konfrans keçirilir.

Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyinə gedərək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Daha sonra konfrans iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Konfrans öz işini Duzdağ Oteldə davam etdirir.

admin

Related Posts