Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sərhədçilər arasında intellektual yarışlar keçirilib

“Naxçıvan” Əlahiddə Sərhəd Divizisiyasının Şərur rayonunda yerləşən sərhəd komendantlığının şəxsi heyəti arasında “Vətəni tanı!” və “Nə? Harada? Nə zaman?” (NHN) intellektual oyunları keçirilib.

Gənclər və İdman Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra intellekt mübarizəsinə start verilib. Yekun hesablamalara əsasən ilk üç yerin sahiblərinə diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, tədbirlərin keçirilmə məqsədi sərhədçilərimizin intellektual fəaliyyətə cəlb edilməsi, onların dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması və vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə zəmin yaratmaqdır.

admin

Related Posts