Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukrayna ilə Rusiya arasında bu saziş ləğv edildi

Ukrayna ilə Rusiya arasında bu saziş ləğv edildi

Ukrayna hökuməti Rusiya ilə ümumi sərhəddə şəxslərə, nəqliyyat vasitələrinə və mallara birgə nəzarət haqqında sazişi ləğv edib.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk bildirib.

“Ukrayna Ali Radası Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası hökuməti arasında sazişə xitam verilməsi haqqında qanun layihəsini əsas götürüb və ümumilikdə hökumət qanun layihəsini qəbul edib”, – Melniçuk vurğulayıb.

Qeyd edək ki, Moskva ilə Kiyev arasında müvafiq saziş 2011-ci ilin payızında imzalanıb və respublikanın hakimiyyət orqanları 2023-cü ilin fevralında ondan çıxmaq niyyətlərini bəyan ediblər.

Editor

Related Posts