
Müğənni Elnarə Xəlilova həyat yoldaşı, Dövlət Sərhəd xidmətinin zabiti, mayor Rövşən Cahangirovla bağlı paylaşım edib.
Sənətçi övladlarının hazırda cəbhədə olan atalarının yolunu səbirsizliklə gözlədiyini vurğulayıb:
“Allah bütün evləri atalı, analı eləsin, inşallah. Atanın yolunu səbirsizliklə gözləyənlərin hamısını Allah arzularına çatdırsın. Bütün atalar evlərinə sağ-salamat qayıtsınlar. Bizimki də onun içində. Amin”.
Qeyd edək ki, Rövşən və Elnarə cütlüyünün 4 övladı var.