Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəbnəm etirazlara rəğmən konsert üçün İsrailə getdi

Müğənni Şəbnəm Tovuzlunun dünən İsrailə gedib.

Sənətçinin səfərinin məqsədi orada konsert vermək olub. Konsertlə bağlı bir müddət əvvəl qalmaqal yaşanmışdı. İsraildə yaşayan azərbaycanlılar Şəbnəmin orada konsert verməsinə etiraz ediblər.

Yayılan xəbərlərdə qeyd edilib ki, etirazlara səbəb Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olması olub. Onlar bu ağır gündə konsert keçirilməsini istəməyiblər.

Məsələ ilə bağlı Şəbnəm bir neçə gün əvvəl Axşam.az-a açıqlamasında deyib ki, konsertini təxirə salıb. O, şəhidlərə görə belə addım atdığını bildirib. Hətta ifaçı tədbiri təşkil edən şirkətin onu məhkəməyə verib təzminat tələb etdiyini də söyləyib.

Amma bunun ardından ifaçı ötən gün İsrailə yollanıb. Hətta Şəbnəm orada çəkdirdiyi fotolarını instaqram hesabında da yayımlayıb.

admin

Related Posts