Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan XİN Fərid Səfərli üçün vəkil təyin etdi

Azərbaycan XİN Fərid Səfərli üçün vəkil təyin etdi

Xarici İşlər Nazirliyi İranda casusluqda ittiham olunan Azərbaycan vətəndaşı Fərid Səfərliyə vəkil təyin edib.

Birinci 24 xəbər verir ki, bu barədə məlumatı Musavat.com-a Fərid Səfərlinin anası Dilarə Əsgərova bildirib.

O qeyd edib ki, artıq bu gündən vəkil Fəridin işi ilə məşğul olacaq: “Bu gündən artıq vəkilə müraciət olunacaq”.

Qeyd edək ki, yaxın günlərdə Fərid Səfərlinin anası Dilarə Əsgərova XİN başçısı Ceyhun Bayramova müraciət etmişdi.

Ana Azərbaycanın oğlunun vəkillə təmin edilməsi prosesini sürətləndirməyi xahiş etmişdi.

Editor

Related Posts