AQTA tərəfindən Naxçıvan Muxtar Respublikasi Kənd Təsərrüfatı Nazirliyinə feromon tələlər göndərilib

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı mübarizə aparmaq kənd təsərrüfatı mütəxəssislərinin qarşısında duran mühüm vəzifələrdəndir.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada bitkiçilik sahəsində zərərvericilərin monitorinqinin aparılması üçün feromon tələlər göndərilib. Tələlər nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin mütəxəssisləri tərəfindən Babək rayonunun Nehrəm qəsəbəsində yerləşən pomidor istixanasında zərərvericilərin mövcudluğu və populyasiya sıxlığını araşdırmaq üçün quraşdırılıb.

Quraşdırılan feromon tələlər şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılacaq və zərərvericilərə qarşı təlimata uyğun mübarizə tədbirləri aparılacaq.

admin

Related Posts