Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Hindistanda torpaq sürüşməsi nəticəsində binalar belə uçdu – Video

Hindistanda torpaq sürüşməsi nəticəsində binalar belə uçdu – Video

Hindistanda musson yağışları genişmiqyaslı sürüşməyə səbəb olub.

Bu barədə “The Times of India” məlumat yayıb.

Hadisə Himaçal-Pradeş ştatının Kullu şəhərində baş verib. Təbiət hadisəsi azı səkkiz hündürmərtəbəli binanı dağıdıb.

Hadisədən 3-4 gün əvvəl ixtisaslaşdırılmış xidmətlər fasadda çatlar aşkar etdiyi üçün səlahiyyətlilər vətəndaşları bu binalardan təxliyə ediblər.

Himaçal-Pradeş hakimiyyətinin məlumatına görə, ümumilikdə bölgədə leysan və torpaq sürüşməsi nəticəsində iki mindən çox ev uçub. Dəyən ziyan təxminən 1 milyard dollar təşkil edib.

Editor

Related Posts