Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

İtaliyadan sonra İstanbulda da toyu oldu

İtaliyadan sonra İstanbulda da toyu oldu

Sentyabrın 2-si İtaliyada nikah masasına əyləşən türkiyəli aparıcı Burcu Esmersoy ötən gün İstanbulda da özünə toy edib.

Birinci 24 xəbər verir ki, özündən 15 yaş kiçik iş adamı Nazım Akmandillə evlənən aparıcı sosial şəbəkə hesabında toya hazırlıq prosesindən fotolar paylaşıb.

Xatırladaq ki, Burcu daha əvvəl 3 gün toy edəcəyini, 5 gəlinlik geyinəcəyini, mərasimlərin İtaliya ilə yanaşı İstanbul və Bodrumda da keçiriləcəyini açıqlamışdı.

Qeyd edək ki, bu, 47 yaşlı məşhurun üçüncü evliliyidir. Esmersoy 2006-cı ildə “Ferrari”nin reklam marketinqi və sponsorluq meneceri Massimo Kuzimano ilə İtaliyada ailə qurub. Onların evliliyi 2 il davam edib. Daha sonra iş adamı Berk Suyabatmazla evlənsə də, 2019-cu ildə boşanıb.

admin

Related Posts