Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan tələbələrlə görüş keçirilib

Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan tələbələrlə görüş keçirilib

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul olunan sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum tələbələrlə görüş keçirilib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ali məktəblərə qəbul olunan gəncləri təbrik edib, onlara vətənimiz üçün layiqli kadr kimi formalaşmağı arzulayıb.

Bildirilib ki, uğurlu dövlət siyasətinin səmərəli nəticəsidir ki, sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətə sosial inteqrasiya olunur və sevindirici haldır ki, onlar tələbə adını qazanırlar. Bununla yanaşı, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqlar da hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Qeyd edilib ki, Komitə tərəfindən mütəmadi olaraq uşaq hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqlər keçirilir, onların problemlərinin həlli istiqamətində işlər görülür. Komitə sədri tələbə adını qazanan gənclərlə fərdi söhbət aparıb, tələbələrə öz tövsiyələrini verib.

Görüşdə çıxış edən tələbə və valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Tələbə adını qazanan gənclərə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr təqdim olunub.

admin

Related Posts