Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xaçmazda çökən körpü kənd təsərrüfatı məhsullarını bahalaşdırdı – Foto

Xaçmazda çökən körpü kənd təsərrüfatı məhsullarını bahalaşdırdı – Foto

Paytaxt bazarlarında kənd təsərrüfatı məhsulları kəskin bahalaşıb. Xüsusilə meyvə-tərəvəzin qiymətində əvvəlki günlərlə müqayisədə bir neçə dəfə artım müşahidə olunub. 

Qəribə də olsa, satıcılar qiymət artımını ötən gün Xaçmazda təbii fəlakət nəticəsində çökmüş körpü ilə əlaqələndiriblər. Qarşıdakı günlərdə məhsul qıtlığının olacağı ehtimalını irəli sürən satıcılar qiymətləri kəllə-çarxa qaldırıblar. Xüsusilə pomidor və xiyarın qiymətlərində kəskin fərq olub.

Belə ki, pomidor 1 manat 50 – 1 manat 60 qəpik, xiyar isə 1 manat 20- 1 mnat 30 qəpiyə təklif olunub. Digər məhsullar, bibər, badımcan, soğan, kartof, göy-göyərti və meyvələrin qiyməti də artıb. Bu isə alıcıların ciddi narazılığına və narahatlığına səbəb olub.

Satıcılar onu da əlavə ediblər ki, əsas artım şokları oktyabrın sonlarından başlayacaq. Bu dövrdə dünya bazarında da qiymətlərin bahalaşması gözlənilir.

Meyvə, əsasən də tərəvəz mövsümü başa çatacaq. Tərəvəz məhsulu sona çatandan sonra  yenidən kənd təsərrüfatı, eləcə də süd və ət məhsullarının qiymətində artım müşahidə ediləcək.

Editor

Related Posts