Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

AzTV-nin solistinin lüks istirahəti “burnundan” gəldi

AzTV-nin solistinin lüks istirahəti “burnundan” gəldi

Azərbaycan Televiziyasının (AzTV) solisti, “Böyük səhnə” mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubovanın başına iş gəlib.

Birinci 24 xəbər verir ki, Krit adasında istirahət edən sənətçi yaşadığı Londona geri qayıdarkən yıxılaraq ayağından ciddi zədə alıb.

Bu haqda isə Yaqubova sosial şəbəkə hesabında məlumat yayıb. Müğənni başına gələn xoşagəlməz hadisəni bu cür nəql edib:

“Dizim asfalta necə dəydisə, səsimə camaat çevrildi. Yıxıla-yıxıla böyüyürük, eybi yox. Əsas məsələ ondadır ki, mən indi necə qaçacağam? Gərək bir neçə gün gözləyim”.
Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlan adlı şəxslə ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb.

admin

Related Posts