Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tənqid atəşinə tutulan Sərdar Ortaçı müdafiə etdi

Tənqid atəşinə tutulan Sərdar Ortaçı müdafiə etdi

Xəbər verdiyimiz kimi, bir müddətdir türkiyəli müğənni Sərdar Ortaç sosial media hesabında açdığı canlı yayımlarla gündəmi zəbt edib.

Birinci 24 xəbər verir ki, ifaçı istər şəxsi həyatı ilə bağlı açıqlamaları ilə, istər spirtli içkinin təsiri altında işlətdiyi ifadələrlə müzakirə obyektinə çevrilib. Bunlardan sonuncusu isə Sərdarın makiyaj edərkən yayımladığı video olub. Onun bu hərəkətləri sevənlərini kədərləndirdiyi kimi, tənqid atəşinə tutanlar da az olmayıb.

Bunun ardınca bir çox türk sənətçi həmkarlarına dəstək olmağa çalışıb. Onlardan biri sə müğənni İrem Derici olub. O, sosial media hesabında Sərdarla bağlı paylaşım edərək ona dəstək olmağa çağırıb:

“Minlərcə hit mahnıları var, yüzlərlə əl tutduğu sənətçi, onlarca tezislərin mövzusuna çevrilmiş böyüyümüz var önünüzdə. Türkiyənin pop musiqi tarixinin kralı, yaşayan əfsanədir. Kimin nə yaşadığını, hansı acılar çəkdiyini – ruhən və ya cismən bilə bilməzsiniz. Empatiya hissini unutdunuz. Əl uzatmaq yerinə əlinə çəkmək və hədəf almaq sağalmaq deyil”.

Qeyd edək ki, son konsert turuna çıxdığını və karyerasını bitirəcəyini bildirən Sərdar Ortaç Azərbaycan əsilli rəqqasə İnci Həbibova Altayla evlənəciyini açıqlayıb.

admin

Related Posts