Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fransa BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı təcili iclasının çağırılmasını tələb etdi

Fransa BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı təcili iclasının çağırılmasını tələb etdi

Fransa Qarabağdakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edir.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Fransa BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb edir. Azərbaycanın qəbuledilməz hücumu nəticəsində region üçün təhlükəsizlik risklərinə uyğun cavabın verilməsini təmin etmək üçün avropalı tərəfdaşları və ABŞ-la məsləhətləşmələr aparır”, – Nazirlik bildirib.

Fransa Xarici İşlər Nazirliyi həmçinin rəsmi Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və beynəlxalq hüquq normalarına “riayət etməyə” çağırıb.

Editor

Related Posts