Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına İrandan reaksiya

Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasına İrandan reaksiya

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nəsir Kənani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamasını dəyərləndirib.

Birinci 24 TRT Haber-ə istinadla xəbər verir ki, Kənani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvandan qayıdarkən Zəngəzur dəhlizi ilə bağlı jurnalistlərə verdiyi açıqlama barədə suala cavab olaraq bunları deyib:

“Biz nəqliyyat marşrutlarının hamıya fayda verəcək və firavanlıq gətirəcək şəkildə inkişaf etdirilməsi ilə razıyıq, ancaq geosiyasi dəyişikliklərə qarşı olduğumuzu da vurğulayırıq”.

Həmçinin, sərhədlərin dəyişdirilməsini də qəbul etmədiklərini bildirən Kənani belə davam edib:

“Biz Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünü dəstəkləyirik. Qarabağın Azərbaycana qaytarılması ilə bağlı mövqeyimiz aydın idi və biz bunu həmişə dəstəkləmişik. Ancaq biz mübahisələrin sərhədlərin dəyişdirilməsi ilə həllinin əleyhinəyik. Biz 3+3 formatı çərçivəsində ölkələrlə regional dialoqları və məsləhətləşmələri də dəstəkləyirik”.

Qeyd edık ki, Ərdoğan Naxçıvan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırmış və Zəngəzur dəhlizi ilə bağlı aşağıdakı açıqlamaları vermişdi:

“Arzumuz bu yerləri sülh dəhlizinə çevirərək açmaqdır. Hələlik müharibənin hökm sürdüyü bir dəhliz haqqında düşünmək mümkün deyil. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizləri sülh dəhlizləri olacaqsa, bu problemi heç bir döyüş və hay-küy olmadan həll etməliyik.

Xüsusilə, bunların dəmiryolu sistemi olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Naxçıvandan, Ermənistandan keçərək, Azərbaycana gedəcək. Ermənistandan keçmək məsələsinə gəlincə, Ermənistan buna mane olarsa, haradan keçəcək? İrandan keçəcək. İran hazırda buna müsbət baxır və müsbət baxdığı üçün də İrandan Azərbaycana keçmək imkanı yaranacaq”.

Editor

Related Posts