Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Karyera Forumu keçirilir

Naxçıvanda Karyera Forumu keçirilir

Bu gün Naxçıvan şəhərində ilk dəfə “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçirilir.

Birinci 24 xəbər verir ki, tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyidir.

Forumda 4 yerli və 2 xarici spikerin iştirakı ilə “Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir”, “Bacarıq əmək bazarının cövhəridir” və “Dövr elə bu dövrdür” mövzularında 3 panel müzakirə keçiriləcək. Sonda panelin icmalı, panelin qiymətləndirilməsi və bağlanış mərasimi olacaq.

Forumda dövlət və özəl sektor nümayəndələrinin, karyera məsləhətçilərinin, təlimçilərin, insan resursları üzrə mütəxəssislərin, inkişaf mentorlarının və sahibkarların iştirakı nəzərdə tutulub. Tədbirin məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.

admin

Related Posts