Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Avropada Azərbaycana sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edildi

Avropada Azərbaycana sanksiya tətbiq etməyə çağıran qətnamə qəbul edildi

Strasburqda keçirilən plenar iclasda Avropa Parlamentinin (AP) üzvləri Avropa İttifaqını (Aİ) Qarabağda son baş verənlərlə bağlı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə, habelə əməkdaşlığın inkişafını nəzərdən keçirməyə çağıran hüquqi qüvvəyə malik olmayan qətnamə qəbul ediblər.

Birinci 24 xəbər verir ki, qətnamə həmçinin Aİ-ni Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırır.
Qətnamənin lehinə 491 deputat, əleyhinə 9 deputat səs verib, 36 deputat bitərəf qalıb.

Qeyd edək ki, Avropa Parlamentinin xarici siyasət məsələlərinə dair qətnamələri hüquqi qüvvəyə malik deyil.

Xatırladaq ki, Azərbaycan Ordusu sentybarın 19-da Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Sentybarın 25-də Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirilən İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində bildirib ki, beş gün əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib.

Editor

Related Posts