Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda avtomobil yola keçən piyadanı vuraraq öldürdü

Bakıda avtomobil yola keçən piyadanı vuraraq öldürdü

Bakının Nəsimi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birinci24 xəbər verir ki, qəza 28 May küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı minik avtomobilinin sürücüsü yolu keçən 30-35 yaşlarında olan kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib.
Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin təfərrüatı araşdırılır.

admin

Related Posts