İsrailin Qəzza zolağında həyata keçirdiyi antiterror əməliyyatları nəticəsində HƏMAS-ın daha bir yüksək rütbəli rəsmisi öldürülüb.
Birinci 24 xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu şəxs HƏMAS-ın siyasi bürosunun yüksək rütbəli üzvü və daxili əlaqələr ofisinin rəhbəri Zəkəriyyə Əbu Məamradır.
Qeyd olunub ki, Əbu Məamra Qəzza zolağında HƏMAS-ın yüksək səviyyəli qərar qəbuledicisi və terror qruplaşmaları arasında koordinatoru olub.