Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda 3600-ə yaxın yeraltı təkan qeydə alınıb

Azərbaycanda 3600-ə yaxın yeraltı təkan qeydə alınıb

Bu ilin doqquz ayı ərzində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 8068 yeraltı təkan qeydə alınıb.

AMEA nəzdində RSXM-nin Elektron xidmətlər şöbəsindən verilən məlumata görə, bunlardan 3595-i Azərbaycan ərazisində qeydə alınmış təkanlardır.

2023-cü ilin 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan (ml≥3) 62 zəlzələ qeydə alınıb. Doqquz ay ərzində Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 28 hiss olunan təkan qeydə alınıb. 13 yeraltı təkan respublikamızın ərazisində, 15 yeraltı təkan isə qonşu ölkələrin ərazilərdə baş verib. Azərbaycan ərazisində yüksək maqnitudalı zəlzələ ml-5.6 Xəzər dənizində qeydə alınıb. (4 iyul 2023-cü il) 2023-cü ilin 9 ayı ərzində Azərbaycan ərazisində iki güclü maqnitudası olan ml=5.2 (Kürdəmir) və ml=5.6 (Xəzər zəlzələsi) olan zəlzələlər baş verib. 2023-cü ilin doqquz ayı ərzində qonşu ölkələrin ərazisində (Türkiyə, Gürcüstan-Ermənistan sərhəddi, İran ərazisi) seysmik aktivlik artıb. RSXM tərəfindən qeydə alınan və həmsərhəd bölgələrimizdə hiss olunan zəlzələlər: İran ərazində 11 yeraltı təkan, Türkiyə ərazisində 2 yeraltı təkan, Gürcüstan ərazisində 1 yeraltı təkan və Ermənistan ərazisində 1 yeraltı təkan.

Qonşu ölkələrin ərazilərində baş vermiş zəlzələlər maqnitudasından və məsafədən asılı olaraq Azərbaycan ərazisində də 5-3 bala qədər hiss olunub.

Editor

Related Posts