Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ərdoğan və Putin İsrail və Fələstin gərginliyini müzakirə etdilər

Ərdoğan və Putin İsrail və Fələstin gərginliyini müzakirə etdilər

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Birinci 24 xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyə liderinin ofisi məlumat verib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı iki ölkə liderləri İsrail və Fələstin arasında ğmünaqişə prosesinin gedişi və bu gərginliyin artmasının qarşısını almaq istiqamətində görülən tədbirləri müzakirə ediblər”, – ofisdən vurğulanıb.

Ərdoğan və Putin həmçinin Fələstin-İsrail münaqişəsi bölgəsində humanitar ehtiyacların ödənilməsi üçün lazım olan təşəbbüsləri müzakirə ediblər:

“Söhbət zamanı regionda humanitar ehtiyacların ödənilməsi üçün həyata keçirilməli olan təşəbbüslər qiymətləndirilib. Ərdoğan bildirib ki, mülki yaşayış məntəqələrinin atəşə tutulması narahatlıq doğurur və bu cür təşəbbüslər Türkiyə tərəfindən birmənalı qarşılanmır”.

Editor

Related Posts