Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Culfada Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Culfada Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Vətənin igid oğulları düşmənin 30 ilə yaxın işğal altında saxladığı əzəli torpaqlarımızı 44 gün ərzində azad edərək xalqımıza böyük sevinc hissi yaşatdı.

O oğullar ki adlarını tarixə qızıl hərflərlə yazaraq şəhadət şərbətini içdilər. Həmin qəhrəmanlarımızdan biri də Nicat Rizvan oğlu Məmmədlidir.

Birinci 24 xəbər verir ki, bu gün Vətəni canından çox sevən Nicatın Culfa şəhərində anım mərasimi keçirilib.

Mərasimdə Nicat Məmmədlinin ailə üzvləri, Culfa Rayon İcra Hakimiyyətinin aidiyyəti şöbənin əməkdaşları, şəhid ailələri və rayon ictimaiyyəti iştirak edib.

Anım mərasimində iştirakçılar bildiriblər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

admin

Related Posts