Ukrayna lideri Volodimir Zelenski rusiyayönlü separatçıların nəzarəti altında olan ərazilərdə keçirilən referendumlarla bağlı açıqlama verib.
Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada rusiyapərəst separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında keçirilən referendumları cəfəngiyyat adlandırıb:
“İşğal olunmuş torpaqlardakı bu cəfəngiyyatı referendum adlandırmaq olmaz”.
Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini və xalqların birgəyaşayışının əsas prinsiplərini tanıdıqlarını qeyd edən Zelenski, Ukraynada, Avropada və dünyada normal həyatı qorumaq üçün fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb:
“Biz Xerson və Zaporojye bölgələrində, Donbassda və Xarkov vilayətinin hazırda işğal altında olan rayonlarında, həmçinin Krımda xalqımızı qorumaq üçün hərəkətə keçəcəyik”.