Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Türkiyədə 3 günlük milli matəm elan ediləcək

Türkiyədə 3 günlük milli matəm elan ediləcək

Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan ediləcək.

Türkiyənin NTV kanalı xəbər verir ki,milli matəmin bu gün dərc olunacaq Prezident Fərmanı ilə başlayacağı gözlənilir.

AK Partiya sözçüsü Ömər Çelik məsələ ilə bağlı açıqlama verib:

“Bu, böyük millətimizin Fələstindəki məzlumlarla həmrəyliyinin və qəlbimizin onlarla olduğunun ifadəsidir”.

Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. `

Editor

Related Posts