Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda qadınların həftəsonu işləməməsi təklif edilir

Azərbaycanda qadınların həftəsonu işləməməsi təklif edilir

Təklif edirəm ki, şənbə-bazar günləri qadınlar işləməsinlər.

Bunu deputat Rauf Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci ilə dair hesabatının müzakirəsində deyib.

O bildirib ki, xarici ölkələrin birində bu təcrübəni görüb: “Onlar belə əsaslandırdılar ki, qadınların ailənin həyatında rolu böyükdür. Ona görə, uşaqlarla daha çox vaxt keçirmələri üçün belə bir addım atırlar”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova isə qeyd edib ki, elə kişilər də ailə ilə daha çox vaxt keçirməlidirlər. Bu məsələni təkcə qadınlarla məhdudlaşdırmaq doğru deyil.

Editor

Related Posts