Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zaurun verilişində növbəti biabırçılıq: “Cadu edib ailəmi dağıtdı”

Zaurun verilişində növbəti biabırçılıq: “Cadu edib ailəmi dağıtdı”

ATV-də yayımlanan “Bizimləsən” proqramında növbəti dəfə qadınlar arasında dava düşüb.

Birinci 24 xəbər verir ki, studiyada mübahisə edən Arzu adlı xanımla qayınanası bir-birlərinə bağırmağa başlayıblar.

Ailəsi dağılan qadın qayınanasının onların ailəsinə cadu etdiyini iddia edərək qışqırmağa başlayıb. Əsəblərini cilovlaya bilməyən qadını aparıcı Zaur Baxşəliyev sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib.

Görüntülər qısa zaman ərzində yayılaraq qınaq atəşinə tutulub. Sosial şəbəkə istifadəçiləri bu cür hərəkətlərin efir etikasına və milli-mənəvi dəyərlərə zidd olduğunu bildiriblər.

admin

Related Posts