Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ukrayna Ordusunun Ali Baş Komandanının köməkçisi partlayış nəticəsində ölüb

Ukrayna Ordusunun Ali Baş Komandanının köməkçisi partlayış nəticəsində ölüb

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakov Kiyev yaxınlığındakı evində qumbaranın partlaması nəticəsində ölüb.

Birinci 24 xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri məlumat yayıb.

Hadisə Çaiki kəndində olub, 39 yaşlı hərbçi döyüş sursatı ilə ehtiyatsız davranması nəticəsində dünyasını dəyişib. Onun 13 yaşlı oğlu ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Partlayış zamanı evdə mərhumun həyat yoldaşı və qızı da olub. İlkin məlumata görə, onlar xəsarət almayıb.

admin

Related Posts