Oktyabrın 7-də münaqişənin kəskinləşməsindən bəri Qəzza zolağında azı 11,5 min insan həlak olub, 29 mindən çox insan isə yaralanıb.
Bu barədə “Əl-Cəzirə” telekanalı anklav hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edək ki, noyabrın 12-də Fələstin Səhiyyə Nazirliyi İsrailin bombardmanları nəticəsində qurbanların sayının 4 min 609-u uşaq olmaqla 11 mn 180 nəfərə çatdığını açıqlamışdı.