Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“WhatsApp” yeni funksiyanı işə saldı

“WhatsApp” yeni funksiyanı işə saldı

“WhatsApp” tərtibatçıları yeni funksiyanın – böyük qruplar üçün səsli söhbətin istifadəyə verildiyini elan ediblər. Yenilik istifadəçilərə real vaxt rejimində çoxlu sayda həmsöhbətlə səsli mesaj mübadiləsi aparmağa imkan verəcək.

“WhatsApp”da səsli söhbətlər “Clubhouse”, “Telegram”, “Discord” və “Slack”də oxşar xidmətlər prinsipi ilə işləyir. Səsli ünsiyyətə başlamaq üçün kiməsə zəng etmək və ya cavab gözləmək lazım deyil – sadəcə ekranın yuxarısındakı xüsusi düyməni sıxıb söhbətə qoşulmaq lazımdır.

İstifadəçilər istədikləri vaxtda mikrofonu yandırıb-söndürə, söhbəti tərk edə və ya geri qayıda, zəngi kəsmədən eyni çatda mətn mesajları yaza bilərlər.

Qeyd olunur ki, səsli söhbətlər şifrələnmə ilə qorunur və bütün iştirakçılar onları tərk etdikdə və ya bir saat ərzində heç kim söhbətə qoşulmadıqda avtomatik olaraq bağlanır.
Funksiyanın təqdimatı artıq davam edir və tədricən bütün “WhatsApp” istifadəçiləri üçün gələcək dövr ərzində əlçatan olacaq. 33 nəfərdən 128 nəfərə qədər iştirakçısı olan qrupların üzvləri “Android” və “iOS” sistemlərində yenilikdən yararlana biləcəklər.

Editor

Related Posts