Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Milli Məclis və aparatı üçün 51 milyona yaxın vəsait ayrılıb

Milli Məclis və aparatı üçün 51 milyona yaxın vəsait ayrılıb

“2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub”.

Birinci 24 xəbər verir ki, bu fikirləri parlamentin iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir. 

F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınıb istismara verilib.

Editor

Related Posts