“HƏMAS-ın girovlarının İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsinə dair daha bir razılaşma bu ay baş tutacaq”.
Bu barədə “Reuters” Fələstin rəsmisinə istinadən məlumat yayıb.
“İkinci mübadilə dərhal birincidən sonra olacaq. Bunu təşkil etmək dörd-beş gün çəkəcək, bura 50 israilli girov və 150 fələstinli məhbus daxil olacaq”, – mənbə bildirib.
Agentliyin məlumatına görə, iki razılaşma nəticəsində Qəzza zolağında HƏMAS-ın girov götürdüyü 240-a yaxın şəxsdən 100-ü azad ediləcək. Bunun müqabilində İsrail ölkə həbsxanalarında məhbus olan 300 fələstinlini, o cümlədən qocalar, qadınlar və uşaqları azad edəcək.