Today Bazar ertəsi, 21st Aprel 2025
Birinci 24

Birinci 24

Binəqədidəki yanğın söndürüldü, polis xəsarət alıb – Yenilənib + Video

Binəqədidəki yanğın söndürüldü, polis xəsarət alıb – Yenilənib + Video

Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın tam söndürülüb.
Birinci24.com
 xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyib.

***21:03
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
Birinci24.com 
xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.
Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər.
Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
Hazırda tədbirlər davam etdirilir.
Həmçinin TƏBİB-in yaydığı məlumata görə, hadisə yerinə 7 təcili tibbi yardım briqadası cəlb olunub.
FHN-nin ən son məlumatına görə, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

***20:49
Bakı şəhəri, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsindəki obyektdə yanğın başlayıb.
Birinci24.com
 xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

Editor

Related Posts