Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycandan daha bir yardım partiyası Ukraynaya yola düşdü

Azərbaycandan daha bir yardım partiyası Ukraynaya yola düşdü

Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya yola düşüb.

Birinci24.com xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski “X” hesabında yazıb.

Səfir qeyd edib ki, humanitar yük transformatorlar və kabel avadanlıqlarından ibarətdir. Bu yardım ən çox ehtiyac duyulan bölgələrə dərhal paylanılacaq.

V.Kanevski əlavə edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı 7,6 milyon ABŞ dolları məbləğində vəsait çərçivəsində humanitar yardımın daha bir partiyasıdır.

Editor

Related Posts