Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tanınmış aktrisa: “İnsanlar çox xaindir”

Tanınmış aktrisa: “İnsanlar çox xaindir”

“Adətən doğum günümdə olmayan şeylər üçün arzular tutardım. İndi isə həyatımda olanların daim mənimlə qalmasını arzuladım. Sən demə, mən dünyanın ən zəngin insanıymışam, bəzən fərqinə varmırdım bəlkə də”.

Birinci24.com xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə sosial şəbəkədə yazıb. Ad günü olan sənətçi arzularını bu sözlərlə bölüşüb:

“Açılan hər səhərim, yediyim hər nemət, gördüyüm işıq və rənglər, eşitdiyim xoş səslər, məni yorulmadan aparan ayaqlar, sevdiyim və varlığıyla ayaqda durduğum insanlar, məni tonusda saxlayan işim və qəlbimə qəribə şəkildə sığışan kainat boyda sevgi ilə inanılmaz güclü və varlıymışam.

Təki hər kəs istəklərinə qovuşsun. Təki hər kəs sağlam və tox olsun. Yaradan hər birinizin qəlbini sonsuz nuruyla işıqlandırsın ki, gözəlliklərin və xoşbəxtliyin xırda amillərdə olduğunu görə biləsiniz. Həyat çox qısadır. Ömür çox kövrəkdir. İnsanlar bəzən çox xaindir. Sınmayın, küsməyin, qınamayın. Hər kəs hər gün sizin bilmədiyiniz, görmədiyiniz mübarizənin baş qəhərmanıdır. Sizə, ruhunuza yaxın insanları bağrınıza basın və yolunuza davam edin”. 

Editor

Related Posts