“Fələstinin HƏMAS radikal hərəkatı yerli vaxtla gecə yarısına qədər (Bakı vaxtı ilə 02:00) girovların ikinci qrupunu azad etməsə, İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edə bilər”.
Bu barədə İsrail televiziyasının 13-cü kanalı təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
“HƏMAS gecə yarısına qədər girovları azad etməsə, biz Qəzza zolağında manevrlərə qayıda bilərik”, – telekanalın mənbəsi bildirib.