Birinci 24 xəbər verir ki, hadisə Babək rayonu Zeynəddin kəndində qeydə alınıb. Hadisə zamanı 2005-ci il təvəllüdlü Zeynəddin kand sakini Hacıyev Ayxan Aqil oğlu həmkəndlisi 2005-ci il təvəllüdlü Tağıyev Məhəmməd Nail oğlu tərəfindən bıçaqlanıb. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törədən Məhəmməd Tağıyev saxlanılıb.
İlkin araşdırmaya görə, hadisə şəxsi münaqişə zəminində baş verib.
Faktla bağlı araşdırma davam etdirilir.