Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 27-də Bəhruz Əsgərovun “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəhruz Əli oğlu Əsgərov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilsin”.
Qeyd edək ki, Bəhruz Əli oğlu Əsgərov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 17 noyabr tarixli Fərmanı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilib.