İsrail HƏMAS-ı atəşkəsin pozulmasında günahlandırır – HƏMAS da İsraili

İsrail HƏMAS-ı atəşkəsin pozulmasında günahlandırır – HƏMAS da İsraili

“Qəzza zolağının şimalında İsrail Müdafiə Qüvvələrinin (IDF) mövqeləri yaxınlığında son bir saat ərzində üç partlayıcı qurğu işə düşüb”.

Birinci24.com xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu, atəşkəs ilə bağlı razılaşmaları pozub. Bir istiqamətdə terrorçular əsgərlərə atəş açıblar. Hadisələr zamanı bir neçə əsgər yüngül xəsarət alıb”, – mətbuat xidməti əlavə edib.

Öz növbəsində HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın nümayəndəsi Əbu Ubeydə bildirib ki, İsrailin atəşkəs razılaşmasını pozması nəticəsində Qəzza zolağının şimalında toqquşmalar baş verib:

“Düşmən tərəfindən Qəzza zolağının şimalında atəşkəs razılaşmasını açıq şəkildə pozması nəticəsində bu gün toqquşmalar baş verib”.

Bəyanatda həmçinin qeyd olunub ki, HƏMAS-ın silahlı qanadı “düşmən ona əməl etdiyi müddətcə” atəşkəsə sadiq qalacaq.

Editor

Related Posts