Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gürcüstanda azərbaycanlı ailəyə hücum: ölən var

Gürcüstanda azərbaycanlı ailəyə hücum: ölən var

Gürcüstanda polis keçmiş arvadını yaralayan və onun ərini qətlə yetirən şəxsin axtarışlarını davam etdirir.

Birinci24.com xəbər verir ki, silahlı hücum gecə saatlarında baş verib. Məlumata görə, 40 yaşlı Xeyir Xəbərov qisas məqsədilə keçmiş arvadını yaralayıb, onun əri 36 yaşlı Yaşar Cəfərovu isə qətlə yetirib.

Ailə üzvlərinin məlumatına görə, qadın 6 ay əvvəl ərindən ayrılaraq Yaşar Cəfərovun yanına köçüb, lakin bu müddət ərzində keçmiş həyat yoldaşı tərəfindən tez-tez təhdid edilib.

Sakinlərin sözlərinə görə, hadisə zamanı evdə 3 nəfər olub. Bildirilib ki, evə daxil olan şəxs həmin vaxt yatan Yaşar Cəfərova atəş açıb və o, hadisə yerində keçinib. Xəsarət alan qadın isə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hücum zamanı evdə olan Yaşar Cəfərovun anası xəsarət almayıb.

Editor

Related Posts