Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ölüm xəbəri yayılan Arzu Rzayev danışdı

Ölüm xəbəri yayılan Arzu Rzayev danışdı

Müğənni Arzu Rzayevin vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

Birinci24.com xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı sənətçinin ailəsi ilə əlaqə yaradıb.

Telefonun dəstəyini isə A.Rzayevin özü götürüb. Müğənni ölüm xəbərinin yayılması ilə bağlı bunları söyləyib:

“Bilmirəm, nəyə görə mənim ölüm xəbərimi yayılıblar. Səhərdən mənim bu nömrəmə nə qədər insan zəng edib. Ölkə xaricindən – İsraildən və Türkiyədən dostlarım şok vəziyyətində mənə zəng edirlər. Bu xoşagəlməz xəbərləri yayanlara bir tək sözüm var: “Sizə ayıb olsun”. Mən sağam… Amma bilmək olmaz bir saniyədən sonra nə olacaq. İnsanı diri-diri necə öldürmək olar? Allah hamının köməyi olsun”.

Editor

Related Posts