“HƏMAS hərəkatının radikalları anklavda saxlanılan bütün girovları azad etsələr və oktyabrın 7-də İsrailə hücumun bütün iştirakçılarını təhvil versələr, Qəzza zolağında dərhal sülh gələ bilər”.
Birinci24.com TASS-a istinadən xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında İsrailin təşkilatdakı daimi nümayəndəsi Gilad Erdan deyib.
“HƏMAS bütün girovları qaytarsa və 7 oktyabr qətliamında iştirak edən bütün terrorçuları təhvil verərsə, bu müharibə sabah, hətta bu gün də bitə bilər. Onilliklərlə davam edəcək əsl barışıq əldə oluna bilər. Bunu HƏMAS-dan tələb edin, bu, həll yoludur”, – İsrail diplomatı deyib.