Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiyada “LGBT hərəkatı” ekstremist elan olunub və qadağan edilib

Rusiyada “LGBT hərəkatı” ekstremist elan olunub və qadağan edilib

Rusiya Federasiyasının Ali Məhkəməsi Ədliyyə Nazirliyinin “beynəlxalq LGBT hərəkatını” ekstremist təşkilat kimi tanımaq və qadağan etmək iddiasını təmin edib.

Birinci24.com xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 30-da keçirilən proses bağlı qapılar arxasında keçirilib və məhkəmə zalına yalnız Ədliyyə Nazirliyinin nümayəndələri buraxılıb.

Bildirilir ki, iddia dörd saat ərzində baxılıb.

Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi noyabrın 17-də Rusiyada “beynəlxalq LGBT ictimai hərəkatını” qadağan etmək üçün məhkəməyə müraciət edib. Şöbə konkret olaraq nəyi “hərəkət” hesab etdiyini, orda kimlərin olduğunu və necə təşkil edildiyini açıqlamayıb.

Editor

Related Posts