Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanlı milyarderlərin bazarındakı yanğın söndürüldü – Yenilənib

Azərbaycanlı milyarderlərin bazarındakı yanğın söndürüldü – Yenilənib

600 kvadratmetr ərazini əhatə edən yanğın söndürülüb.

Birinci24.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar xidməti məlumat yayıb.
Bildirilir ki, 350 nəfər təxliyə edilib. Yanğına beş mövcud olanlardan ikinci mürəkkəblik nömrəsi verilib. Yanğın nəticəsində 2 nəfər xəsarət alıb və onlara tibbi yardım göstərilib.

***13:36
Moskvanın cənub-şərqində yerləşən “Sadovod” bazarında yanğın başlayıb.

Birinci24.com xəbər verir ki, bu barədə TASS-a fövqəladə hallar xidməti məlumat verib.

““Sadovod” bazarında yanğın baş verib, yanğının miqyası müəyyənləşdirilir”, – qurumun məlumatında deyilir.

Qeyd olunub ki, hazırda insanlar bazardan təxliyə edilir:

“Hadisə yerində yanğınsöndürmə və xilasedicilər işləyir. İlkin məlumata görə, yanğı alış-veriş pavilyonlarında baş verib”.

Qeyd edək ki, “Sadovod” ticarət kompleksi yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. 40 hektar ərazini tutur və tərkibinə 9,5 min mağaza daxildir. Ticarət mərkəzini ildə təxminən 36,5 milyon müştəri ziyarət edir.

Editor

Related Posts