Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ilk dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

Naxçıvanda ilk dəfə “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

Birinci 24 xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Naxçıvan şəhərində “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.

Aksiya zamanı şüşə və ya plastik butulka, banka və işlənmiş batareyaları tullantıları gətirən sakinlərə Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 200 ting təqdim olunub. Bu nəcib təşəbbüsə təkcə Naxçıvan şəhərindən deyil, muxtar respublikanın rayonlarından da qoşulublar.

Aksiyanın keçirilməsində məqsəd ekologiyanı qorumaq, ətraf mühiti təmiz saxlamaq, yaşıllıqları artırmaqdan ibarətdir.

Qeyd dək ki, aksiya Naxçıvanda ilk dəfədir keçirilir.

admin

Related Posts