Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Teatrı İqdır şəhərində tamaşa nümayiş etdirib

Naxçıvan Teatrı İqdır şəhərində tamaşa nümayiş etdirib

Birinci 24 xəbər verir ki, dekabrın 4-də Tükiyə Cumhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun və Araz Doğa Sporları və Kültür Klubu Dərnəyinin rəhbəri Serpil Önalın təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı heyəti tərəfindən İqdir şəhərində “Cibimizdək dəlilik” tamaşası nümayiş olunub.

İqdir Kültür Mərkəzində təqdim edilən tamaşanı qardaş ölkənin sənətsevərləri izləyib. Türkiyəli yazıçı Mehmet Ümit Görgülünün psixoloji dram janrında olan “Cibimizdəki dəlilik” əsəri əsasında səhnələşdirilən tamaşaya Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev quruluş verib.

“Cibimizdəki dəlilik”də insanın insana yadlaşması, özündən, öz dəyərlərindən uzaqlaşması acı bir həqiqət kimi əks olunur.Tamaşa klassik teatr anlayışı ilə müasir teatr anlayışının vəhdəti və ənənələrdən bəhrələnməklə yeniliyin tətbiqidir.

Şekspirin məşhur “Həyat bir səhnədir, biz isə oyuncuları” fikri ilə yekunlaşan tamaşanın izləyicisinə çatdırmaq istədiyi məqam isə əslində çox sadədir: Sevgi, anlaşılmaq, dinlənilmək, səmimiyyət cibimizdəki dəliliklə mübarizə aparmağımıza kömək edə bilər.

Səhnə əsərində gənc aktyorlar Məmməd Mehdiyev, Ləman Vəliyeva, Uğur Nəsirli, Mehri Nəbiyeva, Anar Eyvazov, Amil Yusifov, Dünyamalı Orucov Xalq artisti Rövşən Hüseynov, Əməkdar artist Əbülfəz İmanov, Səməd Canbaxşiyev kimi peşəkar aktyorlarla eyni səhnəni bölüşüblər.

admin

Related Posts