Kuba Prezidenti 22 ildən sonra ilk dəfə İrana getdi

Kuba Prezidenti 22 ildən sonra ilk dəfə İrana getdi

Kuba Prezidenti Migel Dias-Kanel İrana səfər edib.

Birinci24.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, bu, Fidel Kastronun İrana getdiyi 2001-ci ildən bəri hər hansı bir Kuba liderinin İslam Respublikasına ilk səfəridir.

Dias-Kaneli İran Prezidenti İbrahim Rəisi qəbul edib.

Danışıqlardan sonra tərəflər bir sıra sazişlər və əməkdaşlıq memorandumları imzalamağı planlaşdırırlar.

Editor

Related Posts