Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənistan hakimiyyəti silah gəzdirməyə yaşıl işıq yandırır

Ermənistan hakimiyyəti silah gəzdirməyə yaşıl işıq yandırır

“Ermənistanda vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində həll etmək lazımdır”.

Birinci24.com News.am-a istinadla xəbər verir ki, bunu dekabrın 8-də qanunvericilik təşəbbüsünün müəllifi, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vilen Qabrielyan Ermənistan Parlamentinin iclasında “Silah dövriyyəsi prosesinin tənzimlənməsi haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri paketinin müzakirəsi zamanı bildirib.

Deputatın sözlərinə görə, təqdim olunan paket əsas müdafiə funksiyası ilə yanaşı, atıcılıq idmanının inkişaf etdirilməsi məqsədini də daşıyır.

“Bu layihə, həmçinin bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılmasına, qeyri-qanuni silahların sayının azaldılmasına və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasına yönəlib”, – Qabrielyan əlavə edib.

Qeyd olunub ki, ölkə vətəndaşları bir sıra tələblərə cavab verərsə, odlu silah gəzdirmək hüququ əldə edəcəklər. Bunlara psixi sabitlik, müvafiq lisenziya və s. daxildir.

Editor

Related Posts