Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xarici investor Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat investisiya qoyub

Xarici investor Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat investisiya qoyub

Naxçıvanda səhiyyə sistemində aparılan islahatlar bəhrəsini verir, yaradılmış şərait xarici investorları muxtar respublika səhiyyəsinə investisiya qoymağa təşviq edir. İlk addımda xarici investorun səhiyyəyə 5 milyon manat kapital qoyuluşuna nail olunub.

Birinci 24 xəbər verir ki “Dövlət-özəl tərəfdaşlığı haqqında” 2022-ci il 9 dekabr tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanası publik hüquqi şəxsi və EXON Biomedikal Sağlıq Xidmətləri Sənaye və Ticarət Anonim Şirkəti arasında bağlanan müqaviləyə görə, şirkət tərəfindən tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək beynəlxalq akkreditasiyalı laboratoriya qurulur. Laboratoriyada klinik laborator diaqnostikasının bütün sahələri üzrə keyfiyyətli və dəqiq xidmət göstəriləcək. Laboratoriyanın test qruplarına biokimya, immunologiya, genetik, hematologiya, mikrobiologiya, patositologiya, molekulyar, seroloji, vitaminlər və dərman səviyyələri yoxlamaları, həmçinin digər testlər daxildir. Bununla da muxtar respublika sakinləri doğma diyarlarından kənara çıxmadan beynəlxalq akkreditasiyaya sahib yüksək səviyyəli laborator xidmətlərlə təmin olunacaqlar. Laboratoriyada mütəxəssis həkimlər xidmət göstərəcək. Müqaviləyə əsasən, burada 20-yə yaxın yeni iş yeri açılacaq, həmçinin laboratoriyanın həkimləri Naxçıvanda təcrübəli laborantların yetişdirilməsi üçün könüllü təlimlər keçəcəklər.

Naxçıvanda laboratoriya xidmətinə qoyulan bu investisiya muxtar respublikada keyfiyyətli tibbi xidməti təmin etməklə bərabər, regionda səhiyyənin inkişafı naminə ümumi maraqların təmin olunmasında əhəmiyyətli rol oynayacaq.

admin

Related Posts